Ermənilərin qətlə yetirdiyi dinc sakinlərin sayı 92-yə çatdı

HADİSƏ
13:00
5 Noyabr 2020
324

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2 971 yaşayış evi yararsız vəziyyətə düşüb.

Xəbər lenti