Bərdədə ermənilərin yaraladığı 25 yaşlı Niftalı vəfat etdi
Xəbər verildiyi kimi, 27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilən tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.
Daha çox