Bakıda 30 yaşlı kişi metronun çıxışında öldü

HADİSƏ
23:23
26 Fevral 2020
115

Bakıda kişi metronun çıxışında ölüb.

Sabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

Aptekdən bildiriblər ki, kişi “astma aparatı” alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.

Xəbər lenti