“TF1” telekanalına qarşı erməni lobbisinin təhdidlərini pisləyirik"

XƏBƏR
19:00
4 Noyabr 2020
317

“TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.  

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə bildirib

“Azərbaycanlı mülki şəxslərinin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”, - deyə Prezidentin köməkçisi vurğulayıb.  

Xəbər lenti