"Aysu kiçik bacısını xilas etdi, özü həlak oldu" - Fotolar

GÜNDƏM
16:45
4 Noyabr 2020
580

"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti oktyabrın 27-də Ermənistanın Bərdədə törətdiyi terror nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın dəfn mərasimi ilə bağlı İnstaqram hesabında paylaşım edib.

Sabah.az xəbər verir ki, Aysunun dəfn mərasimində iştirak edən fotoqraf həmin anları belə şərh edib:

“Aysu daha atasına gül gətirməyəcək. O erməni hərbçiləri tərəfindən Bərdə şəhərinə atılan klaster bombasına tuş gələndə 7 yaşında idi.

Hadisə baş verən zaman kiçik bacısı ilə birlikdə valideynləri üçün çiçək toplayırdı. Kiçik bacısını qorumaq üçün bədənini sipər edib onun xilas etdi, amma özü həlak oldu.

Atası Rövşən 7 yaşlı qızı Aysudan daha heç vaxt çiçək almayacaq. Qəhər içində olan atası ağlaya-ağlaya onun qəbrini təmizlədi və yanındakı torpağın öldüyü zaman onun üçün saxlanılmasını istədi”.

Xəbər lenti