Hadi Rəcəbli qayıdır? - Açıqlama

ÖLKƏ
22:44
26 Fevral 2020
188

5-ci çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, H.Rəcəbli Azvision.az -a açıqlamasında bildirib ki, bu barədə qərarını tezliklə açıqlayacaq.

"Hələlik qəti qərarım yoxdur. Düşünürəm", - deyə H.Rəcəbli bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il tarixli iclasında Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasında səsvermənin nəticələri ləğv edilib. Həmin dairədə pozuntuların olduğu bildirilib. Nəticəsi ləğv edilən 74 saylı dairədə təkrar seçkilər keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Hadi Rəcəblinin parlamentlə xudahafizləşməsi və kabinetindən əşyalarını çıxarması ilə bağlı məlumat yayılmışdı.

Xəbər lenti