"Ermənistan prezidenti həqiqətləri təhrif edib"

ÖLKƏ
11:59
4 Noyabr 2020
333

Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində həqiqətləri təhrif edib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tvitterdə bildirib.

“O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə 390 505 erməni yaşayıb”, - deyə XİN rəsmisi vurğulayıb.

Xəbər lenti