Tovuz və Ağstafa Ermənistandan atəşə tutulub

ÖLKƏ
10:06
4 Noyabr 2020
313

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Sabah.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

Xəbər lenti