Ermənilər sentyabrın 27-dən 50 məktəbə atəş açıb

XƏBƏR
17:24
3 Noyabr 2020
324

Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Sabah.az xəbər verir ki, bu günə qədər ümumilikdə 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

Ağdamda 14, Tərtərdə 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə 1 məktəb binası dağıntılara məruz qalıb.

Xəbər lenti