Azərbaycanın hərbi nümayəndə heyəti İranda - Foto
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.
Daha çox