“VPN-lə paylaşılan məlumatlar əsgərlərin həyatı bahasına başa gələ bilər”

GÜNDƏM
15:55
3 Noyabr 2020
385

"Hər bir qarış torpaq əsgərlərimizin qanı, canı bahasına azad edilir. Biz bəzən işğal altındakı torpaqlarımızın sürətlə azad edilməsini gözləyirik. Amma o torpaqların hərbçilərimiz tərəfindən atəş altında azad edildiyini nəzərə almalıyıq".

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

"İşğal altındakı ərazilər kiçik olsa da, bəlkə də dünyada elə silahlandırılmış ikinci belə ərazi olsun. Belə bir şəraitdə Azərbaycanın rəşadətli oğulları torpaqlarımızı işğaldan azad edir. VPN proqramlarından istifadə edərək sosial şəbəkələrdə paylaşılan hər hansı məlumat əsgərlərin həyatı bahasına başa gələ bilər. Səbrli və təmkinli olmaq lazımdır, məlumatları yalnız rəsmi mənbələrdən əldə etməliyik".

Xəbər lenti