"Livan, Suriya, Kanada və Avropadan olan muzdlular Ordumuza qarşı vuruşur"

ÖLKƏ
15:41
3 Noyabr 2020
296

“Etibarlı mənbələrə görə, Livan, Suriya, Kanada və Avropa ölkələrindən muzdlular Ermənistan tərəfindən Azərbaycan Ordusuna qarşı vuruşurlar”.

Sabah.az xəbər verir ki, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, "VoMa" terror təşkilatında da 300-dən artıq muzdlu cəmləşib: “Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var. Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti  qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub. Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur. Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını rəşadətlə yerinə yetirir”.

Xəbər lenti