Bu ölkələrdə topa başla vurmaq qadağan olundu
İngiltərə, Şotlandiya və Şimali İrlandiyada yaşı 12-dən aşağı olan futbolçuların məşqlərdə topa başla vurmasına qadağa qoyulub.
Sabah.az Britaniya mətbuatına istinadən xəbər verir ki, topa başla vurmaqla demans xəstəliyi arasında əlaqənin olub-olmaması ilə bağlı araşdırmanın yekununa əsasən, bu qərar verilib. 12 ilə 16 yaş arasında oyunçular üçün isə bu qərarın tədricən həyata keçirilməsi nəzərdə tutulduğu vurğulanıb.
Bu qadağaların matçları əhatə etmədiyi bildirilib.
Qeyd edək ki, Şotlandiyada ötən il yayımlanan araşdırmaya görə, futbolçuların digər şəxslərlə müqayisədə beyin xəstəliklərinə bağlı ölüm ehtimalının 3 dəfə yüksək olduğu ortaya çıxmışdı.
Daha çox