Ermənistanın uşaqları döyüşlərə cəlb etməsi sənədləşdirildi

XƏBƏR
12:41
3 Noyabr 2020
318

Ermənistanın azyaşlıları döyüşlərə cəlb etməsi və uşaq bağçaları, məktəbləri hərbi məqsədlər üçün istifadə etməsinə dair faktlar sənədləşdirilib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz tvitter hesabında məlumat yayıb.

"Davam edən döyüş əməliyyatları bölgəsinə Ermənistan tərəfindən uşaqların cəlb olunması və beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq bağçaların və məktəb binalarının hərbi məqsədlər üçün istifadə edilməsinə dair məlumatlar BMT Baş Assambleyası & BMT Təhlükəsizlik Şurasının sənədləri olaraq yayımlanıb",-deyə Leyla Abdullayeva qeyd edib.

Leyla Abdullayeva paylaşımda sözügedən sənədlərin şəkillərini yerləşdirib.

Xatırladaq ki, bir müddət əvvəl özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyanın Xankəndi şəhərindəki 3 saylı uşaq bağçasında hərbi iclas keçirməsi ilə bağlı foto yayılmışdı.

Ötən gün isə sosial şəbəkələrdə ermənilərin Qırmızı Bazar qəsəbəsi istiqamətində mərmiləri məhz məktəb binasında yerləşdirmələri haqda məlumat yayılıb.

Xəbər lenti