4 yaşlı Ayla 91 saatdan sonra dağıntılar altından xilas edildi - Fotolar

XƏBƏR
11:38
3 Noyabr 2020
325

Türkiyənin İzmir şəhərində dağıntılar altında qalan daha bir körpə çıxarılıb.

Sabah.az xəbər verir ki, zəlzələdən sonra fasiləsiz davam edən axtarışlar nəticəsində 91 saat sonra dağıntıların altından 4 yaşlı Ayla Gezgin xilas edilib.

Bildirilib ki, Aylanın anası Fidan Gezgin hələ də dağıntılar altındadır.

Xatırladaq ki, bir müddət əvvəl Elif adlı körpə də 65 saat sonra canlı olaraq dağıntılar altından xilas edilib.

Xəbər lenti