Pensiyaçıların nəzərinə - Pulsuz xidmət istifadəyə verildi
“Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər”.
Sabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
“Belə ki, pensiya hesablarının mövcud olduğu Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən bu xidmət pensiyaçılarımız üçün pulsuz olaraq təklif olunur. Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla, pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər”, - deyə qurum rəsmisi bildirib.
Daha çox