45 yaşlı kişinin qaçırdığı deyilən qız ailəsinə qaytarıldı

ÖLKƏ
10:45
24 Aprel 2024
103

Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sabah.az-a bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.

Xəbər lenti