Bakıda 55 yaşlı qadının meyiti tapıldı

XƏBƏR
10:54
4 May 2024
345

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb.

Sabah.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib.

Hadisə yerinə prokurorluq əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti