Kəlbəcərdə qəza - 5 nəfər yaralandı+Yenilənib

HADİSƏ
14:30
3 May 2024
119

Kəlbəcər rayonunda yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Şirkətlərdən birinə məxsus “DAF” avtomobili ilə “VAZ 21 015” markalı avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmaya başlanılıb.

***

Müdafiə Nazirliyindən bildirilib ki, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Xəbər lenti