Vaqif Nəzirov vəfat etdi

MƏDƏNİYYƏT
10:43
7 Mart 2020
436

Sumqayıtda “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

Sabah.az xəbər verir ki, abidənin müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb.

Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.