Səkidə maşın sürdü, həbs edildi - Video

ÖLKƏ
10:50
7 May 2024
106

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Sabah.az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Xəbər lenti