Cəsarət Valehov nazir müşaviri təyin olundu

ÖLKƏ
13:25
6 May 2024
114

Cəsarət Valehova yeni vəzifə verilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub.

C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışırdı.

Xəbər lenti