ABŞ maskalara əl qoydu - Almaniya bunu quldurluq adlandırdı

XƏBƏR
13:20
4 Aprel 2020
175
Almaniyanın yeni növ koronavirusla mübarizədə istifadə üçün aldığı 200 min tibbi maskaya Amerika Birləşmiş Ştatları tərəfindən əl qoyulduğu bildirilib.

Sabah.az "Haber Global"a istinadən xəbər verir ki, Berlinin Daxili İşlər Senatoru Andreas Geisel, bu məsələ ilə bağlı verdiyi açıqlamada, əyalət administrasiyasının satın aldığı "FFP-2" maskalarının Taylandın paytaxtı Banqkokda ABŞ tərəfindən ələ keçirildiyini söyləyib.

Geisel ABŞ-ı sərt şəkildə tənqid edərək bildirib: "Amerikanın bu hərəkəti müasir quldurluqdur."

Federal hökumətdən beynəlxalq qaydalara tabe olmağı xahiş edən Geisel, "Transatlantik tərəfdaşlarla bu cür davranmaq olmaz. Qlobal böhran dövründə belə vəhşi qərb metodları tətbiq olunmamalıdır" ifadələrini işlədib.

Alman mediası, maskaların Berlin əyaləti tərəfindən ABŞ firmasından alındığını, ancaq Çində istehsal edildiklərini yazıb. Xəbərlərdə dövlət idarəsi tərəfindən ödənilən pulun geri qaytarıldığı bildirilib.

Xəbər lenti