Ermənistanda polislə toqquşma oldu, saxlanılanlar var - Video

XƏBƏR
17:49
28 Yanvar 2021
53

Ermənistanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub.

Sabah.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.

Bildirilib ki, etirazçılar hökumət binasına girməyə cəhd edib.

“Biz binaya daxil olub Paşinyanın istefa verməsini tələb etmək istəyirik”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər.

Polis qüvvələri bu cəhdin qarşısını alıb. Saxlanılanların olduğu bildirilir.

Xəbər lenti