Bakıda karantini pozan şirniyyat sexi aşkarlandı - Video

XƏBƏR
11:13
27 Yanvar 2021
47

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.

Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti