“Prado” piyadanı vurub öldürdü

XƏBƏR
14:17
4 May 2024
159

Bakıda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb.

Sabah.az xəbər verir ki, hadisə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1952-ci il təvəllüdlü Famil Məmmədov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1950-ci il təvəllüdlü Həsənağa Bayramovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.

Xəbər lenti