Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

ÖLKƏ
16:58
3 May 2024
171

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Xəbər lenti