Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər - Saxlanıldılar

XƏBƏR
09:41
3 May 2024
98

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sabah.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb.

Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qərara əsasən, onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

Xəbər lenti